Tərlan Əhmədov: “Tələbim 3 xal idi”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Açığı, bu gün komandadan tələbim 3 xal idi. Vacib 3 xal qazandıq. Öz oyunumuzu bir kənara qoyub, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb. Öz komandamın oyunundan razıyam. Xüsusən də hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq”.

Həmin kateqoriyadan