Tərlan Həsənov – 80!

Yubilyar 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb.

2019-cu ildə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı, 2021-ci ildə Yaponiyanın “Gümüş şüalı gündoğar ordeni, 3 oktyabr 2022-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Azərbaycan cüdosunun inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Tərlan Həsənovun hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, çoxsaylı nüfuzlu beynəlxalq yarışlarda müxtəlif əyarlı medallar qazanıblar. Onun yetirmələri hazırda Azərbaycanın demək olar ki, bütün regionlarında cüdo məşqçiliyi fəaliyyəti ilə məşğuldurlar.

Hazırda “Kanokan TT” Peşəkar Cüdo İdman Klubuna rəhbərlik edən Tərlan müəllim aktiv şəkildə məşqçi-müəllim fəaliyyəti ilə məşğul olmağa davam edir.

Həmin kateqoriyadan