Tərlan Kərimov komandanı mükafatsız qoymadı

Bu gün Heydər Əliyev adına İdman Sarayında cüdoçuların “Böyük dəbilqə” turnirə start verildi. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi 1 dəfə fərqləndi. Tərlan Kərimov (66 kq) 3-cü yer uğrunda görüşdən qalib ayrıldı. Yığmamızın digər aparıcı üzvündən İlqar Müşkiyev 5-ci oldu.

Bakı sınağında 82 ölkədən 519 idmançı (329 kişi, 190 qadın) qalib adı uğrunda mübarizə aparir. Ümumi mükafat fondu 154 min ABŞ dollarıdır.

Qaydaya əsasən, olimpiya oyunlarına kişilərdə hər çəkidə ilk 22 yerdə qərarlaşan 1 cüdoçu yollana bilər.  «Böyük dəbilqə» ill 3 yerə müvafiq olaraq 500, 300 və 200 xal verir. 5-ci sıranı tutan 100, 7-ci mövqedə olan 80 bal alacaq.

Həmin kateqoriyadan