Taekvondo federasiyasında məşqçi-müəllimlər üçün seminar

Taekvondo federasiyasında məşqçi-müəllimlər üçün seminar olub. Allsport.az saytı xəbər verir ki, Bakı şəhəri və bölgələrimizdə fəaliyyət göstərən bölmə və klubların məşqçilərinin qatıldığı məşğələnin təşkilinin məqsədi, dünya taekvondo federasiyası tərəfindən qaydaların yenilənməsidir.

ATF-in vitse-prezidentləri Nağı Səfərov Niyaməddin Paşayev, texniki direktor Oh Kvang Çeol seminar iştirakçılarına artıq yarışların keçirilməsinə başlandığını, yeni qaydalar haqqında və faydasından, gələcək yarışlarda bu qaydaların təqbiq olunacağını da qeyd edib.

Seminarların ardıcıl olaraq vacib olduğu vurğulanıb. Sonra ATF-in baş hakimi Gündüz Abdullayev qaydalar haqqında məşqçi-müəllimlərə geniş məlumat verib.

Həmin kateqoriyadan