Taekvondoçuların qitə çempionatında ölkəmizi onlar təmsil edəcəklər

19-22 mayda Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Avropa çempionatında keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edəcək heyətlər açıqlanıb. ATF-in vitse-prezidentləri Nağı SəfərovNiyaməddin Paşayevin rəhbərliyi ilə ölkəmizi 13 idmançı təmsil edəcək.

Kişilərdə millinin baş məşqçisi Rza Mehmandost və böyük məşqçi Sənan Həşimov məsul sınaqda Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Məhəmmədov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Hərçəqani (87 kq), və Radik İsaevə (+87 kq) fürsət verəcək.

Qadınlarda baş məşçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Fatimə Məcidova (57 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaqlar.

Həmin kateqoriyadan