Tahir Baxşiyevin komandası ölkə çempionu olub

Kişi basketbolçulardan NTD klubu Azərbaycan çempionatının qalibi olub. Allsport.az saytı xəbər verir ki, “The Club Port Baku”da Tahir Baxşiyevin komandası final mərhələsinin ikinci oyununda da “80-lər” üzərində qələbə qazanıblar.

İlk qarşılaşmada 66:57 hesabı ilə rəqibini məğlub edən NTD, bu dəfə 90:82 hesabı ilə qalib gəlib. Çempionatın bürünc medallarına isə “Dərviş” klubu yiyələnib. Komanda rəqibi “Marşall”dan 91:59 hesabı ilə üstün olub.

Basketbol federasiyası çempionatın final mərhələsinin müxtəlif kateqoriyalar üzrə fərqlənən oyunçularını müəyyənləşdirib. Çempionatın ən yaxşı oyunçusu Polad Həsənov (NTD), ən yaxşı hücumçusu Fuad Niftəliyev (“Dərviş”), ən yaxşı müdafiəçisi Roman Matyuşenko (“80-lər”), ən perspektivli oyunçusu Cəbrayıl Əkbərov (NTD) seçiliblər.

Həmin kateqoriyadan