Tanınmış rusiyalı telejurnalist İslamiadanın karate yarışı ilə bağlı reportaj hazırlayıb

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun dəvəti ilə Bakıya gələrək ölkədə karatenin inkişafı və “Baku Open” beynəlxalq turnirindən xüsusi verilişlər hazırlayan Nikolay Korovin, bu dəfə də baxımlı televiziya proqramı təqdim edib.

Allsport.az saytı AMKF-ya istinadla xəbər verir ki, tanınmış rusiyalı telejurnalist IV İslam Həmrəyliyi Oyunlarında özəl reportajla böyük bir auditoriyanın diqqətini paytaxtımıza və Bakıda təşkil edilən mötəbər yarışa yönəldib.

4-cü İslam həmrəyliyi oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərindən görüntülərin də yer aldığı reportajda, həmçinin “Bakı-2017”nin karate yarışlarında idmançılarımızın, o cümlədən dəfələrlə dünya və Avropa çempionu Rəfael Ağayevin döyüşlərindən və parlaq qələbələrindən ətraflı bəhs edilib.

Həmin kateqoriyadan