Tarix yazan cüdo millimiz Vətənə dönüb

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçuların dünya birinciliyində uğur qazanan millimiz Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına hava limanında qarşılanma mərasimi olub. Tarix yazan komandamızı idman ictimaiyyətinin nümayəndələri, valideyinlər, cüdoçular və KİV qarşılayıblar.

Xatırladaq ki, yarışın son günü Azərbaycan üçün əlamətdar olub. Azərbaycan millisi tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. Fərdi yarışlarda isə Kamran Süleymanov(60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medal qazanıb.

Həmin kateqoriyadan