Tatami “Ustalar”(ın)ın sınağı

12-14 dekabrda Çinin Tsindao şəhərində cüdoçular “Ustalar” üçün bir araya gələcək. Allsport.az xəbər verir ki, yarışda 60-a yaxın ölkədən 400-dən çox idmançı gücünü sınayacaq. Bu sınaqda ölkəmizi 9 kişi, 6 qadın təmsil edəcək.

Bunlar Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi – 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq); Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florean (57 kq), İrina Kindzerska (+78 kq).

Həmin kateqoriyadan