Tbilisiyə yollanacaq 16 cüdoçu

Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

Allsport.az xəbər verir ki, yığmamız yarışa 16 cüdoçu ilə yollanacaq.

Kişilərin mübarizəsində 11 idmançımız yarışacaq. Bunlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), İbrahim Əliyev (73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Həmzətxanovdur (hər ikisi +100 kq).

Turnirdə 5 qadın cüdoçumuz da qüvvəsini sınayacaq. Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Açelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) Tbilisi tatamisinə çıxacaq.

Həmin kateqoriyadan