Teymur Quluyev: Turdan tura özümüzü hiss edəcəyik

Bu gün texniki universtitetin idman zalında superliqanın 12-ci turunda “Atletik” Gəncənin eyni adlı komandasını 76:59 üstələdi. Görüşdən sonra allsport.az saytına açıqlamasında qalib tərəfin basketbolçusu Teymur Quluyev bunu dedi:

“Təəssüf ki, bu gün tam tərkibdə mübarizə aparmadıq. Əsas heyət üzvündən biri, ukraynalı legionçumuz ailə vəziyyəti ilə əlaqədar bizimlə deyildi. Amma belə pis oynamadıq.

Yeni təqvim ilindən sonra komandalar hələ tam bərpa olmayıblar. Turdan tura özümüzü hiss edəcəyik. Məqsəd bəllidir: 1-ci yer! Bu alınmasa, ən azı, ilk üçlüyü hədəfləmişik”.

Kamran HACI

Həmin kateqoriyadan