Tiflisdə hansı cüdoçularımız tatamiyə çıxacaq?

Xəbər verdiyimiz kimi, 20-22 martda Tiflisdə cüdoçular arasında böyük mükafat turniri keçiriləcək. Allsport.az saytının məlumatına görə, Çex Respublikasının Nimburq şəhərində beynəlxalq təlim-məşq toplanışını başa vuran millimiz oradan Gürcüstan paytaxtına yollanıb. Məşqçilər korpusu Rio Olimpiadasına lisenziya xalı verən bu qran-pridə 13 tatami ustasına şans verəcək.

Bunlar Orxan Səfərov, Mehman Sadıqov (hər ikisi – 60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (73 kq), Rüstəm Alimli, Abdulhaq Rəsullu (81 kq), Ramin Qurbanov, Tural Safquluyev (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauridir (+100 kq).

Həmin kateqoriyadan