Tiflisdə yenə medal yoxdur

Tiflisdə cüdoçuların qran-prisi davam edir. Allsport.az saytı xəbər verir ki, ilk gündə olduğu kimi, növbəti rəqabətdə də ehtiyat qüvvə ümidləri doğrultmur. Elvin Mustafayev (73 kq) və Afiq Səfərli (81 kq) ilkin mərhələdə mübarizəni dayandıyıblar.

Qeyd edək ki, mükafat yarışında ilk 3 yeri tutanlar müvafiq olaraq 700, 490, 350, 5-ci pillənin sahibləri 252, 7-ci sırada qərarlaşanlar 182 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan