TİKA ilə əməkdaşlıq

Türk işbirliyi və əlaqələndirici agentliyi ölkəmizdə paralimpiya hərəkatına dəstək göstərməkdən məmnundur. Allsport.az saytı xəbər verir ki, bunu TİKA-nın Azərbaycan üzrə koordinatoru Teoman Tiryeki MPK prezidenti İlqar Rəhimovla görüşdə deyib. Onun sözü görə, TİKA hazırda dünyanın müxtəlif ölkələrində türk iş adamlarının dəstəyi ilə sosial layihələr həyata keçirir. Bu istiqamətdə Paralimpiya Komitəsi ilə də əməkdaşlığa maraqlıdır.

MPK prezidenti İlqar Rəhimov öz növbəsində TİKA-nın Azərbaycanda Boccia idman növünün inkişafı üçün göstərdiyi dəstəyi xatırladıb. Bu dəstək sayəsində bu idman növünün inkişaf etdiyini vurğulayıb.

“Daha öncə TİKA tərəfindən Boccia komandasına çox böyük yardımlar edilib. Bu dəstək öz müsbət nəticələrini verməkdədir” – deyə o əlavə edib.

Görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı qərar qəbul olunub.

Həmin kateqoriyadan