Tofiq Musayev “Qarapapaq” döyüş klubu və tanıtım şirkətinin vitse-prezidenti təyin edilib

Bu gün “Qarapapaq” döyüş klubu və tanıtım şirkətinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, rəhbərliyinin qərarına əsasən, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu Tofiq Musayev vitse-prezidenti təyin edilib.

O, 2019-cu ildə MDB ölkələri arasında qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına düşüb. Bundan başqa, həmin ildə dünyanın ən nüfuzlu təşkilatlarından olan Rizin qran prisinin qalibi olub.

Ötən həftə məşhur “Bellator-283” turnirində debütdə amerikalı Sidney Outlava görüşün 27-ci saniyəsində nokautla qalib gəlib.

Tofiq Musayev 44-günlük 2-ci Vətən müharibəsinin ilk günlərindən döyüşə yollanıb və ön xətdə fəal iştirak edib. Prezident İlham Əliyevin sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

MMA döyüşçüsü milli idman geyim brendi “İL’AZERO”nun tərəfdaşıdır. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.

Həmin kateqoriyadan