- Baxış sayı: 44
- 16 İyun 2026 22:15
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Karateçilərimizin Tokio olimpiadasında qazandığı uğurlu nəticəyə görə Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan olimpiya oyunlarına 3 karateçi ilə qatılmışdı. Hədəfimiz də 3 medal qazanmaq idi”.
Allsport.az saytı xəbər verir ki, bunu Tokio-2020-də uğurla çıxış edən millinin baş məşqçisi Qurban Tağıyev jurnalistlərə müsahibəsində deyib. O, bəzi məqamda imkansızlıqdan giletlənib:
“Olimpiadada çempion olmaq istəyirdik. Amma buna da şükür. Rəfael Ağayev bizim üçün çempiondur. Hakimlərin səhvi olmasa idi, 1-ci yeri tutacaqdı.
İrina Zaraetska da finaladək yaxşı çalışdı, amma həlledici qarşılaşması uğursuz oldu. Onu da təbrik edirəm. Firdovsi Fərzəliyev Tokioda güclü yaponiyalı rəqibini məğlub etmişdi. O da finalda mübarizə aparmağa layiq karateçidir”.