Toral Bayramov: “Millidə isti qarşılandım”

Azərbaycan millisinin üzvü Toral Bayramov Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, “Qarabağ”ın üzvü debüt etməyi gözləyir:

“Milli komandaya dəvət almaq, formasını geyinmək hər bir futbolçunun arzusudur. Mən aşağı yaş qrupu üzrə millilərdə də oynamışam. O yığmalarda ab-hava tam fərqli idi. Hamısı öz yaş qrupumuza aid, birlikdə futbol oynadığımız uşaqlar idi, hamı biri-birini tanıyırdı, bir qədər sərbəstlik vardı. Əsas millidə isə vəziyyət tam fərqlidir.

Hətta ilk günlər “A” millidə necə qarşılanacağımı, məni nələrin gözlədiyini bilmirdim. Əsas millidə hamı məni çox isti qarşıladı. Sanki daha əvvəllər birlikdə oynamışıq. Bizim kimi gənc oyunçulara fürsət verdiyi üçün Canni De Byaziyə təşəkkürümü bildirirəm. Debüt edəcəyim oyunu səbrsizliklə gözləyirəm. Həyəcanlı olduğumu deyə bilmərəm, ümumiyyətlə, hansısa oyunda həyəcan keçirdiyimi xatırlamıram”.

Həmin kateqoriyadan