Tural Safquliyev Romadan gümüş medalla dönüb

Romada usta cüdoşçuların açıq Avropa yarışı yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millimiz sonda daha bir medal qazanıb. Tural Safquliyev (90 kq) finala gedən yolda serbiyalı Draqan Beqoviç, italiyalı Luka Qalbiati, yaponiyalı Şoiçiro Mukai və kanadalı Zaçari Burta qalib gəlib. Həlledici görüşdə Polşa təmsilçisi Pyotr Kuçzeraya uduzaraq, 2-ci yer tutub.

81 kq-da mübarizə aparan Afiq Səfərli 7-ci olub. İlk yarış günündə Oruc Vəlizadə (60 kq) milli komandamıza bürünc medal qazandırıb. 36 ölkədən 257 idmançının iştirak etdiyi rəqabətdə Azərbaycan millisi 16 cüdoçu ilə təmsil olunub.

Həmin kateqoriyadan