Turan 1-ci, Gültac 3-cü oldu

Gürcüstanın paytaxtı Tiflisidə keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kq çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov yarımfinalda qazaxıstanlı Kanat Seilxana qalib gələrək finala çıxıb.

Allsport.az xəbər verir ki, Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək qızıl medal əldə edib.

Qadınlar arasında mübarizədə 52 kq çəkidə yarışan cüdoçu Gültac Məmmədəliyeva isə bürünc medala sahib olub.

Həmin kateqoriyadan