Turan Rüstəmovun xatirəsinə turnir

Allsport.az xəbər verir ki, bu gün kiçik yaşlı yeniyetmələr arasında Turan Rüstəmovun xatirəsinə cüdo üzrə respublika turniri təşkil olunacaq.

Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində baş tutacaq yarış Mingəçevir şəhər gənclər və idman idarəsinin və Azərbaycan cüdo federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Yarışda yeniyetmə oğlanlar arasında 10 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Turnirin əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Həmin kateqoriyadan