Turan Rüstəmovun xatirəsinə turnir keçirilib

Allsport.az xəbər verir ki, 15 yaşa qədər kiçik yaşlı yeniyetmə oğlanlar arasında Turan Rüstəmovun xatirəsinə həsr olunmuş cüdo üzrə respublika miqyaslı turnir təşkil olunub.

Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində baş tutan yarış Mingəçevir şəhər gənclər və idman idarəsinin və Azərbaycan cüdo federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirin əvvəlində Azərbaycan respublikasının dövlət himni səsləndirilib və gənc cüdoçumuz Turan Rüstəmovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışda 150 yeniyetmə cüdoçu arasında 10 çəki dərəcəsində qaliblər bəlli olub.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Həmin kateqoriyadan