- Baxış sayı: 116
- 06 May 2026 16:00
- Baxış sayı: 239
- May 08, 2026
- 0

İyunun 4-5-də Türk dövlətləri təşkilatına üzv və müşahidəçi ölkələrin idmançılarının iştirakı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi keçiriləcək.
Allsport.az xəbər verir ki, Bakı su idmanı sarayında baş tutacaq yarışda müxtəlif yaş kateqoriyalarında üzgüçülər bacarıqlarını nümayiş etdirəcəklər.
Yarışlarda aşağıdakı yaş qrupları üzrə iştirakçılar mübarizə aparacaqlar:
4 iyun: 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60 və yuxarı yaş kateqoriyaları;
5 iyun: 9 yaşdan kiçiklər, 9–10, 11–12, 13–14, 15–16, 17–19, 20–24, 25–29 yaş kateqoriyaları.
Rəsmi açılış mərasimi 4 iyun saat 15:00-da baş tutacaq.