- Baxış sayı: 45
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 47
- Avqust 10, 2026
- 0
Bu gün qadın volebolçuların Türkiyə 1-ci liqasında 10-cu turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, 2 legionçumuz öz klublarında mübarizə aparıblar.
Gizel Əzimlinin çıxış etdiyi «Xalqbank» evdə «Qalatasaray»a 0:3 hesabı ilə uduzub. Millimizin üzvü start heyətində olub. O, Ankara komandasına 16 xal qazandırıb.
Digər kuba əsilli oyunçumuz Vilma Alışanovanın forma geyindiyi «Çanaqqala» eyni nəticə ilə İstanbulda «Vəqfbank»a məğlub olub. Yarış cədvəlində Qərbi Anadolu klubu 11 xalla 8-ci, paytaxtlılar 10-cudur (9).