Türkiyə ilə oyunlar üçün heyət

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sentyabrın 21-dən 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Ərzurum şəhərində təlim-məşq keçəcək. Allsport.az saytı xəbər verir ki, hazırlıq çərçivəsində ayın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu olacaq. Bakı toplanışından sonra, yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Toplanışa aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Həbib Hüşənov, Raul Babayev, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı – “Qəbələ”), Aftandil Arıxov, Vüsal Paşayev, Dilavər Verdiyev, Toğrul Tapdıqlı (“Sumqayıt”), Ayxan Əlizadə, Tuncay Əhmədov, Tunar Mehdizadə, Ramin Əvəzov, Həzrət Səmədov, Atilla Hüseynli, Babamirzə Mehdiyev, Anar Hüseynov, İbrahim Xəlilov (“Sabah”), Məsud Əlişanlı, Akif Əliyev (EFA), Sadiq Məmmədli (ROFM), Eltun Babazadə, Amid Qasımov (“Qarabağ”), Amin Muradov, Ömər Nəsibov (“Neftçi”), Ümid Səlimov (“Şamaxı”).

Həmin kateqoriyadan