Türkiyə klubu Azərbaycan millisinin hücumçusunu qovdu

Azərbaycan yığmasının hücumçusu Cihan Özqara Türkiyənin “Sivasspor” klubundan qovulub. Allsport.az xəbər verir ki, bu barədə sözügedən klubun prezidenti Məcnun Odyaxmaz məlumat verib.

O, yerli mətbuata açıqlamasında komandanın 4 oyunçusu – Əhməd Şahbaz, Bərk Nəziroğluları, Cihan Özkara və Macauley Xrisantusla yollarını ayırdıqlarını açıqlayıb. Bunu klub rəhbərliyindən komandanın yeni baş məşqçisi Sərgən Yalçın istəyib. Rəhbərlik də onun bu istəyini yerinə yetirib.

Qeyd edək ki, Cihan 2011-ci ildən “Sivasspor”da çıxış edirdi. Almaniyanın “Rot Vays Ahlen” klubunun da şərəfini qorumuş hücumçu 2012-ci ildə qısa müddət ərzində “Kayseri Ərciyyəspor”da icarə əsasında oynamışdı.

Həmin kateqoriyadan