Türkiyə millisi almaniyalı mütəxəssisə həvalə olunur

Almaniyalı futbol mütəxəssisi Ştefan Kuntz Türkiyə millisinin baş məşqçisi ola bilər.

Allsport.az xəbər verir ki, Almaniyanın U-21 komandasını çalışdıran və bir müddət “Beşikdaş”ın forması geyinmiş təcrübəli almaniyalı məşqçi İstanbula səfər edib.

58 yaşlı Kuntzla bağlı son qərar bu gün Türkiyə futbol federasiyası tərəfindən veriləcək.

Kuntz Türkiyə millisinin sükanı arxasına keçəcəksə təcrübəli məşqçinin köməkçilərindən biri türkiyəli olacaq.

Həmin kateqoriyadan