Turun mərkəzi oyununa iki ciddi itki ilə

Topaz Premyer Liqasının 28-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Simurq” artıq hazırlıqları tamamlayıb. Allsport.az xəbər verir ki, ötən gün son məşqinə çıxan komanda bir saatdan artıq çalışıb.

Hazırlıq prosessində bütün futbolçular iştirak edib. Amma Zaqatala təmsilçisi “Neftçi” ilə görüşə ciddi itkilərlə çıxacaq. Komandanın heyətində hazırda Premyer Liqanın bombardiri Draqan Çeran və Samir Zərgərov sarı vərəqə limitini doldurduqları üçün bu qarşılaşmada forma geyinə bilməyəcək.

Həmin kateqoriyadan