U-12 liqası başladı

Basketbol üzrə oğlanlar arasında U-12 liqasına start verilib.
Allsport.az xəbər verir ki, turnirin reqlamentinə əsasən Azərbaycan basketbol liqasında (ABL) iştirak edən 12 klubun hər birinin U-12 komandası çempionluq uğrunda mübarizə aparacaq. Klublar ABL-də olduğu kimi “A” və “B” qruplarında yarışacaqlar.

“A” qrupu – “Sabah” BK U-12, “Naxçıvan” BK U-12, “Neftçi” İK U-12, “Abşeron” BK U-12, “Sərhədçi” PİK U-12, NTD BK U-12.

“B” qrupu – “Gəncə” BK U-12, “Şəki” BK U-12, “Ordu” İK U-12, “Sumqayıt” BK U-12, “Quba” BK U-12, “Lənkəran” BK U-12.

Dairəvi sistemlə iki dövrəli, yəni 10 turdan ibarət olan müntəzəm çempionatı öz qruplarında 1-ci və 2-ci pillədə tamamlamış klublar pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Qruplarda 3-cü, 4-cü, 5-ci və 6-cı sıranı tutmuş klublar isə pley-in oyunlarında iştirak edərək, pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar.

U-12 liqasının oyunları Azərbaycan texniki universiteti ilə yanaşı, Azərbaycan memarlıq və inşaat universitetinin idman zalında keçirilir.

Həmin kateqoriyadan