U-15 yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışları başa çatdı

Allsport.az xəbər verir ki, cüdo üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vurulub.

23-25 may tarixlərində Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində keçirilən yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər müəyyənləşib. 100 klub, cəmiyyət və idman təşkilatından olan 642 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın üçüncü günündə qızlar arasında 36 kq, 48 kq, 63 kq və +63 kq çəki dərəcələrində, oğlanlar arasında isə 42 kq, 55 kq, 73 kq və +73 kq çəki dərəcələrinə mükafatçılar bəlli olub.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Şuşa rayon Uşaq-Gənclər İdman Məktəbi, 3-cü yerə isə Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi layiq görülüb. 35 komanda müxtəlif əyarlı medal qazanıb.

Birinciliyin komanda yarışları isə 26 mayda baş tutacaq.

Fərdi yarışların sonuncu gününün qaliblərinin siyahısını təqdim edirik:

Oğlanlar

42 kq

1. Allahverdi Rzayev

2. Kazım Əzizli

3. Fərid Xuduyev – Rza Xəlili

55 kq

1. Ruslan Əsgərov

2. Yaqub Məmmədov

3. Xəyal Sərkərov – Sənan Priyev

73 kq

1. Amin Mehdiyev

2. Nürəddin Əliyev

2. İmaməli Muradov

3. Tamerlan Əliyev

+73 kq.

1. İlkin Vəliyev

2. İskəndər Abbasov

3. Xaliq Verdiyev – Səid Bəşirli

Qızlar

36 kq

1. Zəhra Mövlanverdiyeva

2. Fatima Məlikova

3. Nərgiz Məmmədova – Leyla Yaraxmedova

48 kq

1. Leyla Ələkbərova

2. Xədicə Paşayeva

3. Esmira Bayramova – Lalə Yadigarlı

63 kq

1. Fidan Cəlilli

2. Rəna Əhmədova

3. Nəzrin Əzizova – Qəndəb Abbasova

+63 kq

1. Arzu Rəşidova

2. Zenfira Əliyeva

3. Aysu Quliyeva – Dəniz Həbibli

Həmin kateqoriyadan