U-17 yığmaya Türkiyədən 3 futbolçu dəvət olunub

Oktyabrın 23-dən noyabrın 3-dək paytaxtda U-17 yığmanın təlim-məşqi olacaq. Allsport.az saytı xəbər verir ki, toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər. Hazırlığa bu futbolçular çağırılıb:

Sahib Həsənov, Qurban Səfərov (hər ikisi – “Keşlə”), Xəyal Feyzullayev, Rəhman Məmmədov (“Sumqayıt”), Məmməd Muradov, Namiq Şəmilov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Nuğay Rəşidov, Emil Süleymanov, Fərid Kələntərov (hamısı – “Qəbələ”), Tural Mirsultanov, Xəyal Əliyev, Nicat Quliyev (“Səbail”), Vasif Fərəcov, Nəriman Axundzadə (“Qarabağ”), Fariz Xeyrullayev, Rüfət Abbasov, Ağadadaş Salyanski, Elcan Əbilov (“Neftçi”), Sərxan Aydın (“Qocaelispor”, Türkiyə), Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev, Şahmar Aşurov (“Sabah”), Mahmud Ağayev, Ayxan Süleymanlı (“Zirə”), Ərkin Qocaqəhya, Ege Bilsel (“Fraport-Tav Antalyaspor”, Türkiyə)

“Zirə” klubunun üzvü Ayxan Süleymanlı oktyabrın 25-də təlim-məşq toplanışına qoşulacaq.

Həmin kateqoriyadan