U-19 İsrail futbolçularına qarşı

Bu gün U-19 Azərbaycan millisi Avropa çempionatının seçmə qrupunda ilk oyuna çıxacaq. Allsport.az saytı xəbər verir ki, komandamız Tiflisin Mixail Mesxi adına stadionunda İsraildən olan həmyaşıdları ilə qarşılaşacaq.

Oyunu belçikalı baş hakim Erik Lambreçts idarə edəcək. Ona Karel De Roker (Belçika) və Giorgi Elikaşvili (Gürcüstan) kömək edəcəklər. 4-cü referi funksiyasını gürcüstanlı Aleko Aprsiauri yerinə yetirəcək.

Oyunu AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov izləyəcəklər.

Həmin kateqoriyadan