U-21 millinin heyəti

Azərbaycan U-21 millisinin Avro-2023-ün seçmə mərhələsində noyabrda keçirəcəyi matçları üçün heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, baş məşqçi Milan Obradoviç yığmaya 24 futbolçu çağırıb. Siyahıda 2 türkiyəli futbolçu da yer alıb. Bunlar milliləşən legionçulər Səməd Qarakoç və Mustafa Yıldırımdır.

U-21 millimizin heyəti: 

Qapıçılar: Nicat Mehbalıyev (“Qəbələ”), Rüstəm Samiqullin (“Sabah”), Əkbər Vəliyev (“Keşlə”)

Müdafiəçilər: Rauf Hüseynli (“Zirə”), Arsen Ağcabəyov, Təbriz İsazadə, Abdulla Rzayev (“Sabah”). Zamiq əliyev, Nihad Quliyev (“Qarabağ”), Səməd Karakoç (“Bayrampaşaspor”, Türkiyə), Hüseyn Mürsəlov (“Qəbələ”)

Yarımmüdafiəçilər: Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (“Sumqayıt”), Asim əlizadə, Fərid Yusifli, İsmayıl Zülfüqarlı (“Neftçi”), Şakir Seyidov, Camal Cəfərov, İldar Ələkbərov (“Sabah”), Ramin əhmədov (“Zirə”), Emil Mustafayev (“Alexandriya”, Ukrayna)

Hücumçular: Mustafa Yıldırım (“Bazarspor”, Türkiyə), Musa Qurbanlı (“Qarabağ”)

Həmin kateqoriyadan