U-21 millisi də gücünü küveytlilərlə yoxlayacaq

21 yaşadək futbolçulardan ibarət millinin Avropa çempionatının seçməsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Allsport.az saytı xəbər verir ki, hazırlıq çərçivəsində Küveytin 23 yaşlıları ilə yoldaşlıq oyunu keçiriləcək.

Mayın 26-da Sumqayıtda “Kapital bank arena”da görüş saat 17:00-da başlayacaq.

Bundan öncə, Küveytin çimərlik futbolu üzrə millisi qonağımız olmuş və yerlilərlə 4 yoldaşlıq oyununda qüvvəsini sınamışdı.

Həmin kateqoriyadan