U-23 cüdo üzrə Bakı çempionatının qalibləri

U-23 cüdo üzrə paytaxt çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, kişilərdə Rəşad Məmmədov (60 kq), Sabir İsmayılov (66 kq), Vilayət Cəlilli (73 kq), Rəşid Məmmədəliyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Süleyman Yaqubov (100 kq), Camal Feyziyev (+100 kq) qalib olublar.

Qadınların yarışında Fəridə Mirzəyeva (48 kq), Vüsalə Kərimova (52 kq), Rəmziyyə Hüseynova (57 kq), Sevda Nəbiyeva (63 kq), Zeynəbxanım Əsəbova (70 kq), Günel Quliyev (78 kq) rəqiobləri üstələyiblər.

Azərbaycan cüdo federasiyası və Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə “Xilasedici” idman-sağlamlıq mərkəzində keçirilən yarış milli olimpiya komitəsinin yaranmasının 30 illiyinə həsr olunub. Turnirdə, ümumilikdə 14 çəki dərəcəsində 330 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Qaliblər iyulun 12-14-də ölkə çempionatına vəsiqə qazanıblar.

Həmin kateqoriyadan