UEFA-dan növbəti təyinatını aldı

Avro-2024 seçmə mərhələsi çərçivəsində Helsinki olimpiya stadionunda keçiriləcək Finlandiya – Şimali İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Allsport.az xəbər verir ki, ona, Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Qeyd edək ki, matç noyabrın 17-də keçiriləcək.

Həmin kateqoriyadan