UFC çempionu İslam Mahaçov növbəti döyüşünün vaxtını və yerini açıqlayıb

UFC çempionu İslam Mahaçov növbəti döyüşünün vaxtını və yerini açıqlayıb

Allsport.az xəbər verir ki, rusiyalı UFC çempionu İslam Mahaçov keçirəcəyi növbəti döyüş haqda danışıb:

“İmzaladığım müqavilələr yoxdur. Oktyabrın 21-də Əbu Dabidə turnir olacaq. Çox güman ki, orada döyüşəcəyəm”.

İslamın indi 31 yaşı var. O, 2022-ci ilin oktyabrında braziliyalı Çarlz Oliveyranı 2-ci raundda məğlub edərək UFC çempionu olub. Ümumilikdə, Mahaçev qarışıq döyüş növləri üzrə 25 döyüş keçirib, 24 qələbə qazanıb və 1 dəfə məğlubiyyət yaşayıb.

Həmin kateqoriyadan