- Baxış sayı: 29
- 31 İyul 2026 23:13
- Baxış sayı: 209
- İyul 30, 2026
- 0

UFC-nin orta çəki dərəcəsində çıxış edən fransalı-dağıstanlı döyüşçü Nəssurdin İmavov çempion Şon Striklendə sərt ismarıc göndərib.
Allsport.az xəbər verir ki, İmavov bunu sosial şəbəkə hesabında paylaşıb.
Bundan əvvəl Striklend növbəti döyüşünü BƏƏ təmsilçisi Həmzət Çimayevə qarşı keçirə biləcəyinə işarə etmişdi. Buna cavab olaraq İmavov bunları yazıb:
“Sənə deyiləni edəcəksən. Tezliklə görüşəcəyik”.
Nassurdin İmavov qarışıq döyüş növlərində keçirdiyi 21 qarşılaşmanın 17-də qələbə qazanıb. Şon Striklend isə 38 döyüşdə 31 qələbə əldə edib.