Ukrayna – Azərbaycan oyununu kim idarə edəcək?

21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Allsport.az xəbər verir ki, matçı Gürcüstandan olan referilər idarə edəcək.

Görüşün baş hakimi İrakli Kvirikaşvili olacaq. Ona Giorgi Elikaşvili, Davit Çiqoqidze köməklik edəcəklər. Matçda dördüncü hakim funksiyasını Giorgi Avazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 21-də, saat 22:00-da İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan