Ukraynanın açıq mütləq çempionatından 1 dəst medalla

Ukraynanın Dnepr şəhərində cüdoçuların açıq mütləq çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda millimizin üzvləri iştirak edib və fərqləniblər.

“A” qrupunda qələbə qazanan İrina Kindzerskaya uğuru sonadək daşıyıb. Uşanqi Kokauri gümüş medalla kifayətlənib. Ötən həftə təşkil olunan Azərbaycan çempionatında finalda ona qalib gələn Şahin Qəhrəmanov və digər təmsilçimiz İmran Yusifov medalsız qalıblar.

81 kq-da 3-cü yer uğrunda görüşdə Fəqan Quluzadə komanda yoldaşı Murad Fətiyevi üstələyib.

 

Həmin kateqoriyadan