- Baxış sayı: 38
- 22 Sentyabr 2026 14:11
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Türkiyənin Konya şəhərində keçirilən V İslam həmrəyliyi oyunlarında kikboks yarışını ÜKTA-nın prezidenti Roy Beykerə Azərbaycanın milli geyimi təqdim olunub. Allsport.az saytı xəbər verir ki, irlandiyalı mütəxəssisə hədiyyəni AKF prezidenti Orxan Əliyev verib.
Bu görüş zamanı təşkilatın Avropa üzrə I vitse-prezidenti Salim Qayıcı, AKF vitse-prezidenti və milli komandanın kapitanı Ramal Aslanov, baş katib İlkin Məsimzadə və Azərbaycanı İslamiadada təmsil edən beynəlxalq dərəcəli referi Aydın Ağabəyov iştirak ediblər.