- Baxış sayı: 90
- 17 Sentyabr 2026 21:28
- Baxış sayı: 82
- Sentyabr 25, 2026
- 0

İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan çempionlar liqasının qrup mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, “Ulduz” qrupda son oyununu keçirib. İtaliyanın “Potenza” komandasına 2:9 hesabı ilə məğlub olan futzalçılar qrupu sonuncu pillədə başa vurub.
Növbəti mərhələdə Polşanın “Krakov” komandası ilə qarşılaşan “Ulduz” 9:8 hesablı qələbə qazanıb. “Ulduz” növbəti oyunlarını bu gün və sabah keçirəcək.