Ülviyyə Şərifova: Qırılma nöqtəsində qapıçımızın bizə çox köməyi dəydi

Bu gün “ABU-arena”da qadın həndbolçuların ölkə çempionatında 9-ci turun görüşləri baş tutdu. “Qarabağ”la mərkəzi oyunda “Azərsu” son dəqiqədə hesabda tarazlığı bərpa etsə də, son 2 saniyədə qapısından top buraxaraq yenildi. Allsport.az saytına açıqlamasında Ülviyyə Şərifova bunu deyib:

“İlk hissədə çoxlu səhvlərə yol verdik. Özəlliklə, 2 dəfə 7-metrlik zərbəni vura bilmədik. İkinci yarıya gəlincə, burada qapıçımızın rolunu qeyd edərdim. Qırılma nöqtəsində onun bizə çox köməyi dəydi və hesabı bərabərləşdirdik. Amma uğur rəqibin tərəfində oldu”.

Həmin kateqoriyadan