“Ümid” taekvondo klubunun açılışı olub

Allsport.az saytı xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov və digər qonaqlar klubda yaradılan şəraitlə tanış olublar. Burada gimnastika, üzgüçülük və taekvondo ilə yanaşı, digər idman növləri də fəaliyyət göstərir.

Klubun fəaliyyəti ilə ətraflı tanış olduqdan sonra, nazir Fərid Qayıbov idmançılarla görüşüb. Yeniyetmələr arasında dünya çempionu Mehdi Budaqlı nazirə komanda adından minnətdarlığını bildirib.

Açılışda şəhid anaları, eləcə də, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan taekvondo federasiyasının vitse-prezidentləri Nağı SəfərovNiyaməddin Paşayev də iştirak ediblər.

Həmin kateqoriyadan