“Ümidvaram, bu çempionatda yeni idmançılar üzə çıxacaqlar”

“Bu gün atletika üzrə Azərbaycan çempionatının yenidən keçirilməsi çox önəmlidir. Yarışa müxtəlif bölgələrindən – Gəncə, Bərdə, Xaçmaz və Qusardan qatılıblar. Ümidvaram, bu çempionatda yeni idmançılar üzə çıxacaqlar. Pandemiya davam etsə də, atletlər yarışa hazırlıq imkanı əldə ediblər. Manej açıqdır və idmançılar intensiv məşq edirlər”.

Allsport.az saytı xəbər verir ki, bunu AAF-in prezidenti Çingiz Hüseynzadə deyib. Federasiya rəhbəri 2024-cü il Paris yay olimpiya oyunlarına az vaxt qaldığını xatırladaraq deyib: “2 il ərzində güclü işləməliyik. Atletikada lisenziyalar nəticələrə və normativlərə görə müəyyənləşir. Ümid edirəm ki, idmançılarımız olimpiadaya qatılmaq üçün bu gündən mübarizə aparacaqlar”.

Həmin kateqoriyadan