- Baxış sayı: 32
- 16 İyun 2025 21:26
- Baxış sayı: 80
- İyun 17, 2025
- 0
Gürcüstanın Qori şəhərində keçirilmiş böyüklər arasında cüdo üzrə Avropa kuboku başa çatıb.
Allsport.az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komanda aktivinə daha bir medal əlavə edib.
81 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev gümüş medala layiq görülüb.
Turnirin ilk günündə isə Nazir Talıbov (66 kq) qızıl, Babarəhim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) bürünc medal qazanmışdı.
Beləliklə, milli cüdoçular turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Azərbaycan 15 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.