Universal döyüş üzrə peşəkarların növbəti reytinq yarışı

Azərbaycan universal döyüş federasiyası, Azərbaycan peşəkar universal döyüş liqası və “Qartal” peşəkar idman klubunun birgə layihəsi əsasında “Peşəkarlar arasında reytinq yarışları” keçirilib.

Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə 55 kq-da Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”), 60 kq-da Elvin Hüseynli (Şəki “Qafqaz” idman klubu), 65 kq-da Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu), 70 kq-da Nurlan Babayev (Xaçmaz, “Əhməd Fight Club”), 80 kq-da Murad Şeldiyev (Bərdə, “Laçın” İK), +90 kq-da Vahid Əsədov (Yevlax idman klubu) və qadınlar arasında 65 kq-da Fərqanə Saxrayeva (Yevlax idman klubu) qalib olublar.

Turnirin qalibləri növbəti beynəlxalq yarışlara lisenziya əldə ediblər.

Həmin kateqoriyadan