Uşaq paralimpiya komitəsində valideyin klubu

Uşaq paralimpiya komitəsinin valideynlər klubunun yaradılması ilə bağlı görüş keçirilib. Allsport.az xəbər verir ki, görüşdə MPK-nin baş katibi Kamal Məmmədov və uşaq paralimpiyaçılarının valideyinləri iştirak ediblər.

Uşaq paralimpiya komitəsinin nəzdində uşaq paralimpiyaçılarının valideynlərindən ibarət valideyn klubunun təşkil olunması təklif edilib. Təklifi valideynlər müsbət qarşılayıb.

Kamal Məmmədov bildirib ki, əsas məqsəd valideynlərin uşaq paralimpiya hərəkatının inkişafında daha aktiv iştirakını təmin etməkdir.

Həmin kateqoriyadan