Usik onların biri ilə döyüşmək istəyir


Ağır çəkidə dünya çempionu Aleksandr Usik açıqlama verib.

Allsport.az xəbər verir ki, ukraynalı idmançı fevralın 22-də Ər-Riyadda Daniel Dübua və Cozef Parker arasında baş tutacaq titul uğrunda döyüşün qalibi ilə qarşılaşmağa hazır olduğunu açıqlayıb: “Kim qalib gəlsə, döyüşəcəyəm, Cozef Parker və yaDaniel Dübua… Problem yoxdur”.

Qeyd edək ki, Usik və Dübua artıq rinqdə üz-üzə gəliblər. Döyüş 2023-cü ilin avqustunda Polşada keçirilib və ukraynalının doqquzuncu raundda nokautla qalib gəlməsi ilə başa çatıb.

Həmin kateqoriyadan