- Baxış sayı: 54
- 24 Sentyabr 2026 22:58
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

Türk dövlətləri təşkilatına üzv və müşahidəçi ölkələrin idmançıları arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə iyunun 5-də yekun vurulub.
Allsport.az xəbər verir ki, Bakı su idmanı sarayında keçirilən və iki gün davam edən yarışlarda müxtəlif yaş kateqoriyalarında çıxış edən üzgüçülər öz bacarıqlarını nümayiş etdiriblər.
Bu gün baş tutan yarışlarda 9 yaşadək, 9-10, 11-12, 13-14, 15-16, 17-19, 20-24 və 25-29 yaş kateqoriyaları üzrə iştirakçılar medallar uğrunda mübarizə aparıblar.
Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim edilib.