Üzgüçümüz paralimpiadada üçüncü qızıl medalını qazandı

Azərbaycan üzgüçüsü Raman Saleh Tokio paralimpiadasında üçüncü qızıl medalını qazanıb.
Allsport.az xəbər verir ki, 100 metr məsafəyə butterfly üsulla üzgüçülük yarışında çıxış edən idmançımız məsafəni 57,81 saniyəyə qət edərək üçüncü dəfə Tokio-2020-nin qalibi olub.
Saleh 100 metr məsafəyə arxası üstə və sərbəst üsulla üzmə yarışlarında da ölkəmizin aktivinə qızıl medallar yazdırmışdı. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutmuşdu.

Həmin kateqoriyadan